XASAYEVA Səbinə Səməd qızı
1993-cü il martın 30-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə bakalavr pilləsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznesin idarə edilməsi fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirmişdir. İngilis və Norveç dillərini bilir.
2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvüdür.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Lüksemburq, Norveç, Paraqvay, Uruqvay parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Qoşulmama Hərəkatı Parlament şəbəkəsi
Azərbaycan-Lüksemburg parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Bayram Məmmədov